Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda 18 yaşlı gənc itkin düşüb

12:26 - 28 Mart 2018 tarixində dərc olunub.

Bilal Nağıyev evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb

İsmayıllı rayonunda 18 yaşlı gənc itkin düşüb. Ucnoqta.az xəbər verir ki, bu barədə “Report”un Şirvan bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, 2000-ci il təvəllüdlü Bilal Nağıyev martın 27-də səhər saatlarında rayonun İsmayıllı kəndində yaşadıqları evdən məktəbə getmək adı ilə çıxıb və geri qayıtmayıb.

Bilal Nağıyevin əlamətləri: Boyu 180 sm, arıq bədən quruluşlu, xüsusi əlamət kimi sifətinin sağ tərəfində çapıq var. O, evdən çıxarkən əynində qırmızı rəngli jaket, göy rəngli qolsuz gödəkçə, qara rəngdə cins şalvar olub.

Həmin şəxsi görənlərdən İsmayıllı Rayon Polis Şöbəsi, eləcə də 020-28-5-11-89, 055 268 07 67 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Müəllif: