Ucnoqta.az
www.ucnoqta.az

Zakir Həsənov Türkiyəyə səfər edib

10:19 - 28 Mart 2018 tarixində dərc olunub.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə bu gün Ankaraya rəsmi səfərə yola düşüb. Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.
Müəllif: