Ucnoqta.az
www.ucnoqta.az

Jurnalistin evinə oğru girdi

11:15 - 27 Mart 2018 tarixində dərc olunub.

Ölke.az saytının əməkdaşı Vasif Həsənlinin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evindən oğurluq edilib.
 

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”ya açıqlama verən V.Həsənli bildirib ki, hadisə martın 26-sı gündüz  saatlarında baş verib: “Biz 4-5 saat evdə olmamışdıq, axşam otağa girəndə dibçəyin sındığını, pəncərələrin açıq olduğunu görüb evə oğru girdiyini bildik. Evə girən şəxs paltar dolabından 1500 manat, uşağın seyfini sındıraraq oradan 200-300 manat götürərək oğurlayıb”.

V.Həsənli Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdiyini bildirib. Abşeron Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.

Müəllif: