Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Afrində partlayış</b></font>: 2 türk hərbçisi həlak oldu

10:38 - 27 Mart 2018 tarixində dərc olunub.

Suriyanın Afrin şəhərində partlayıcının işə düşməsi nəticəsində 2 türk hərbçisi həlak olub.

Bu barədə Türkiyə Baş Qərargahı xəbər verib.

Məlumata görə, insident ötən gün baş verib. Hadisə ilə bağlı başqa detallar açıqlanmır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.trend

 

 

 

 

Müəllif: