Ucnoqta.az
www.ucnoqta.az

Salyanda 47 yaşlı kişi özünü asıb

12:23 - 26 Mart 2018 tarixində dərc olunub.
Salyan rayonunda 47 yaşlı kişi özünü asaraq intihar edib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kürqaraqaşlı kəndində baş verib. Belə ki, kənd sakini 1971-ci il təvəllüdlü Tahir Rəsmi oğlu Hüseynov yaşadığı evin həyətindəki tövlədə  özünü asaraq intihar edib.  Faktla bağlı araşdırmalara başlanılıb. 
Müəllif: