Ağstafa sakinini qatar vurub.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa Dəmir Yol vağzalında baş verib.
Ehtiyatsızlıq nəticəsində Ağstafa şəhər sakini 1957-ci il təvəllüdlü Məmmədov Akif Mürsəl oğlunun hər iki ayağı qatarın altında qalıb. Dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən A. Məmmədovun hər iki ayağı amputasiya olunub.
Faktla bağlı araşdırma aparılır.