Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda prezident seçkilərində “exit-poll” keçirmək üçün 4 təşkilat müraciət edib

13:06 - 24 Mart 2018 tarixində dərc olunub.
4 təşkilat Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”na əsasən "exit-poll" keçirmək istəyən təşkilatlar səsvermə gününə ən azı 20 gün qalanadək akkreditasiya üçün sənədlərini MSK-ya təqdim etməlidirlər. MSK səsvermə gününə ən azı 10 gün qalanadək "exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir.
Müəllif: