Türkiyədə qırıcı təyyarə qəzaya uğrayıb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahın məlumatında bildirilir.
Məlumata görə, “F-16” tipli təyyarə Nevşehir əyalətində təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb.
Qəza nəticəsində pilotun həlak olduğu bildirilir.