Ucnoqta.az
www.ucnoqta.az

Göygöldə qoyun oğruları saxlanılıb

17:01 - 22 Mart 2018 tarixində dərc olunub.
55 baş qoyun oğurlamaqda şübhəli bilinən Göygöl rayonunun Çaykənd kənd sakini Hüseyn Oruclu, Daşkəsən rayon sakini Malik Cəfərov və Gəncə şəhər sakini Rafiq Bayramalıyev saxlanılıb. DİN-dən Trend-ə verilən məlumata görə, Göygöl RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də rayon sakini Elxan Əliyevə məxsus fermadan 55 baş qoyun oğurlamaqda şübhəli bilinən Çaykənd kənd sakini, əvvəllər məhkum olunmuş Hüseyn Oruclu, Daşkəsən rayon sakini əvvəllər məhkum olunmuş Malik Cəfərov və Gəncə şəhər sakini Rafiq Bayramalıyev saxlanılıb.
Müəllif: