Ucnoqta.az
www.ucnoqta.az

Sürücülərin nəzərinə: bu yolda xətlənmə işləri aparılacaq

16:26 - 22 Mart 2018 tarixində dərc olunub.
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət avtomobil yolunun 82-110-cu km-lik hissəsində bu gün və sabah səhər saatlarından axşamadək yolun xətlənməsi işləri aparılacaq. Bu barədə Trend-ə AAYDA-nin İctimaiyyətə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib. Məlumatda qeyd olunur ki, sürücülərdən sözügedən ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına riayət etmələri xahiş olunur.
Müəllif: