Ucnoqta.az
www.ucnoqta.az

Zaqatala sakini özünü asıb

11:51 - 22 Mart 2018 tarixində dərc olunub.
Zaqatala sakini intihar edib.  Hadisə bugün səhər saatlarında rayonun Qandax kəndində qeydə alınıb. Kənd sakini 1987-ci il təvəllüdlü Anar İbad oğlu Kərimov yaşadığı evin həyətində qoz ağacından özünü asıb. Onun intihar etməsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.report
Müəllif: