Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda 2 yaşlı uşağı avtomobil vurub

12:24 - 22 Mart 2018 tarixində dərc olunub.
Abşeronda 2 yaşlı körpəni avtomobil vurub. Hadisə Hökməli qəsəbəsində baş verib. 2016-ci il təvəllüdlü Zeynallı Məhəmmədəli Xəlil oğlu oyun oynayarkən qəfildən yol kənarına çıxıb. Nəticədə onu minik avtomobili vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.report
Müəllif: