Ucnoqta.az
www.ucnoqta.az

Masallıda ev yanıb

09:36 - 21 Mart 2018 tarixində dərc olunub.
Masallı rayonunda yanğın hadisəsi qeydə alınıb. Ucnoqta.az-ın FHN-ə istinadən verdiyi məlumata görə, rayonun Mahmudavar kəndində ümumi sahəsi 280 m2 olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 2 otaq və dəhlizin, ikinci mərtəbəsində 2 otaq və dəhlizin yanar konstruksiyaları ümumilikdə 160 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Müəllif: