Ucnoqta.az
www.ucnoqta.az

Qanunsuz silah gəzdirən Bakı sakini saxlanılıb

22:57 - 19 Mart 2018 tarixində dərc olunub.

Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Məhəmməd Dəmirov saxlanılıb.

Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilib. Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: