Bakıda minik avtomobili yanıb.
Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonunda avtoyuma məntəqəsində "Hyundai" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yüksək temperaturdan məntəqənin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. Avtoyuma məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.