Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kütləvi dava

09:50 - 17 Mart 2018 tarixində dərc olunub.
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb. "Nizami" Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar.  Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlayıb. 
Müəllif: