Mərkəzi Bankda (MB) Azərbaycan Talassemiya Federasiyasının əməkdaşlarının, həmçinin B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının mobil işçi qrupunun iştirakı ilə növbəti qanvermə aksiyası keçirilib.
MB-dan Ucnoqta.az-a verilən məlumata görə, qanvermə aksiyasında könüllü iştirak edən Mərkəzi Bankın əməkdaşları əvvəlcə tibbi müayinədən keçirilmiş və 50 nəfərdən çox əməkdaşdan qan götürülüb.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.