Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan əhalisinin sayı açıqlanıb

12:14 - 16 Mart 2018 tarixində dərc olunub.

Bu ilin yanvar ayında Azərbaycanda əhalinin sayı 6765 nəfər artaraq fevral ayının 1-i vəziyyətinə 9 904 850 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 114 nəfər olub.

Əhalinin 52,9 %-i şəhər, 47,1%-i  kənd sakinləridir, 49,9 %-i kişilər, 50,1 %i isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1004 qadın düşür.

Müəllif: