Ucnoqta.az
www.ucnoqta.az

Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının vitse-prezidenti ilə görüşüb

17:14 - 15 Mart 2018 tarixində dərc olunub.

 Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 15-də İtaliya Senatının vitse-prezidenti xanım Linda Lanzilotta ilə görüşüb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, görüşdə VI Qlobal Bakı Forumunun önəmi vurğulanıb, bu Forumda müzakirə olunan məsələlərin dünyada gedən proseslərə müsbət təsir göstərdiyi və ona marağın getdikcə daha da artdığı bildirilib. 

Tədbirin yüksək səviyyədə təşkil edildiyi bildirilərək Forumun dünyanı narahat edən bir çox məsələləri müzakirə etmək üçün yaxşı platforma olduğu vurğulanıb.

Müəllif: