Azərbaycan Turizm Assosiasiyası (AzTa) və Macarıstan Turizm Operatorları Assosiasiyası (MUISZ) əməkdaşlıq haqqında Memorandum imzalayacaqlar.
AZTA-dan Ucnoqta.az-a verilən məlumata görə, bu barədə razılıq Azərbaycan Turizm Assosiasiyasının ofisində keçirilən Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş çərçivəsində əldə olunub. Görüş zamanı turizm sahəsində ikitərəfli əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub. Tərəflər həmçinin aprel ayında AZTA üzvləri üçün infoturun təşkil edilməsi barədə qərara gəliblər.