O, məhkəmə iclas zalından azadlığa buraxılıb
Şirvan Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Eldar Aslanovun barəsində verilən şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub. Qərara əsasən, şikayət təmin edilib, E. Aslanova bəraət verilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 2016-cı ilin sentyabrın 10-da Ələt-Astara yolunun Lənkəranın Liman şəhərindən keçən hissəsində olub. Lənkəranın Boladi kənd sakini Bəxtiyar Quliyevin avtomobili Parakənd qəsəbə sakini Eldar Aslanovun avtomobil ilə toqquşub.