Ucnoqta.az
www.ucnoqta.az

Dörd ölkənin XİN başçılarının Bakı Bəyannaməsi qəbul edilib

13:19 - 15 Mart 2018 tarixində dərc olunub.

Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin görüşündə Bakı Bəyannaməsi qəbul edilib

Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin bu gün Bakıda keçirilən birinci dördtərəfli görüşündə Bəyannamə qəbul edilib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze iştirak edib.

Müəllif: