Ucnoqta.az
www.ucnoqta.az

Alimlər mamontun geninin şifrəsini açıb

21:32 - 15 Mart 2018 tarixində dərc olunub.

Beynəlxalq alimlər kollektivi tüklü mamontların (Mammuthus primigenius) tam genlərini təqdim ediblər. Bu onlara heyvanların sonuncu popuyasiyasının yox olmasının səbəblərini izah etməyə imkan verib.

İsveç, rus və amerikalı palebioloqlar antropoloqların neandertalların DNT-si ilə bağlı əldə etdikləri uğurlardan ruhlanaraq bu cür əməliyyatı mamontlar üzərində də aparmaq qərarına gəliblər. Alimlər bu heyvanların son nümayəndələrinin nəslinin kəsilməsini aydınlaşdırmağa çalışıblar. Palebioloqlar təqribən 4300 il bundan əvvəl Vrangel adasında ölmüş mamontların dırnaq. buynuz və 45 min il bundan əvvəl Sibirin şimal-şərqində (Oymakon) yaşamış başqa bir mamontun yumşaq toxumasının DNT-sini öyrəniblər.
Oriyentir (istiqamət) kimi isə afrika filinin geni götürülüb.  Genetik müxtəliflik hər iki valideyndən irsən alınmış DNT yolu ilə araşdırılıb. Vrangel adasının mamontlarında çox sayda DNT  bağlılığı aşkar olub. Bu da onu göstərir ki, ata və ana sahəsində fərq minmumdur. Yəni onlar genetik cəhətdən çox yaxın qohumlardı. Beləliklə, Vrangel adasındakı mamontların genetik cəhətdən yaxın qohum olduğu ortaya çıxıb. Bu isə mamontlar arasında qohumluq səbəbindən mutasiya və   müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.

Nəticədə hər yeni nəsilin sağlamlığı pisləşməyə başlayıb.  Ada mamontlarında kənar popuyasiyaya aid mamont genləri çox cüzi olub. Yəni Vrangel adasının mamontlarının başqa populyasiya mamontları arasında cütləşməsi demək olar ki. minimum olub. Ada mamontları  təcrid formada yaşayıb və çoxalıb. Sonunda isə onların nəsli kəsilib.

Müəllif: