Ucnoqta.az
www.ucnoqta.az

AŞPA Azərbaycandakı prezident seçkilərinə 33 müşahidə missiyası göndərir

12:34 - 15 Mart 2018 tarixində dərc olunub.

Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib

Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün 33 nəfərlik nümayəndə heyəti göndərəcək. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.
Nümayəndə heyətinin aprelin 10-da Bakıya gəlməsi gözlənilir.

Qeyd edək ki, prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Müəllif: