Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>İtaliya prezidenti</b></font>: "Qlobal Bakı Forumu mədəniyyətlərarası dialoqa öz töhfəsini verir"

12:06 - 15 Mart 2018 tarixində dərc olunub.

 İtaliya Prezidenti Serxio Mattarellanın VI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanlayıb

 "Qlobal Bakı Forumu mədəniyyətlərarası dialoqa öz töhfəsini verir və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edir."Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bu barədə İtaliya Prezidenti Serxio Mattarellanın VI Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı müraciətində deyilir.

İtaliyanın Azərbaycandakı səfiri tərəfindən oxunan müraciətdə deyilir ki, bütün insanların ləyaqətinə hörmət edilməsi dünyada sülhün və sabitliyin qorunmasının əsas elementidir: "Barbar terror aktları bizim üçün çağırışdır və onlara cavab vermək üçün təhlükəsizliyi gücləndirməli, həmçinin mədəniyyətlərarası dialoqa yardım etməliyik".

Prezidentin sözlərinə görə, indiki tədbir bu işə öz töhfəsini verir, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək göstərir.

Müəllif: