Ucnoqta.az
www.ucnoqta.az

Tramp kosmik ordu yaradır

18:28 - 14 Mart 2018 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp bildirib ki, o, gələcəkdə Birləşmiş Ştatların kosmik hərbi qüvvələrini yaratmaq niyyətindədir.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, belə bir bəyanatla Ağ Ev rəhbəri hərbi-hava qüvvələrinin Kaliforniyadakı "Miramar" bazasında dəniz piyadaları qarşısında nitq söyləyərkən çıxış edib.

"Mənim yeni milli kosmik strategiyamda kosmos Yerdə, havada və dənizdə olduğu hərbi əməliyyatlar zonası kimi tanınıb", - deyə Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, o, əvvəlcə buna qeyri-ciddi baxıb.  

Müəllif: