Ucnoqta.az
www.ucnoqta.az

Şirvanda mikroavtobus qəzası - <font color=red><b>15 yaralı var</b></font>

09:52 - 13 Mart 2018 tarixində dərc olunub.

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 
"Ucnoqta.az"  APA-ya istinadən xəbər verir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.
 
Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.

Müəllif: