Ucnoqta.az
www.ucnoqta.az

Dinc sakinlər Afrini tərk etməyə başladı - <font color=red><b>REAL GÖRÜNTÜLƏR</b></font>

17:08 - 12 Mart 2018 tarixində dərc olunub.

Türkiyə ordusu Afrinin mərkəzinin 2 kilometr yaxınlığında mövqe tutub.

"Ucnoqta.az"-ın APA TV-yə istinadən məlumatına görə, açıqlamanı Türkiyə Silahlı Qüvvələri (TSQ) yayıb.
 
Azad Suriya Ordusu (ASO) döyüşçüləri hərbçilərin dəstəyi ilə irəliləməkdə davam edir.
 
Hücum nəticəsində bölgədə PYD/YPG terrorçularına məxsus təlim düşərgəsi nəzarətə götürülüb.
 
TSQ və ASO döyüşçülərinin indiki mövqeyi Afrinlə güllə məsafəsindədir. Şəhər ətrafında daha bir kənd - Halidiyə terrorçulardan azad olunub.
 
Bu arada dinc sakinlər Afrini tərk etməyə başlayıb. Şəhərdən ucu-bucağı görünməyən maşın karvanları çıxır.
 
Xatırladaq ki, TSQ üç tərəfdən mühasirədə saxladığı Afrinin cənub istiqamətindən dinc sakinlərin çıxması üçün şərait yaradıb.

 

Müəllif: