Ucnoqta.az
www.ucnoqta.az

İranda terror aktının qarşısı alınıb

14:39 - 12 Mart 2018 tarixində dərc olunub.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkənin cənubundakı Saravan şəhərində terror aktının qarşısını alıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, partlayış İİKK bazasının yaxınlığında törədilməli imiş.
 

Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində iki terrorçunun zərərsizləşdirildiyi məlumat verilib. Daha bir terrorçu isə özünü partladıb.
 

Hadisə nəticəsində İİKK-nin iki əməkdaşı yaralanıb.

Müəllif: