Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>DİQQƏT!</b></font> Bakıda bu yollarda sürət həddi azaldıldı

12:12 - 12 Mart 2018 tarixində dərc olunub.

Bakıda yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində sürət həddi azaldılıb.
 

"Ucnoqta.az" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
 

Onun sözlərinə görə, eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

Müəllif: