Ucnoqta.az
www.ucnoqta.az

Bayıl sürüşmə sahəsində vəziyyət açıqlanıb

11:37 - 12 Mart 2018 tarixində dərc olunub.

Bayıl sürüşmə sahəsində mövcud vəziyyət açıqlanıb.
 
"Ucnoqta.az" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov  APA-ya deyib ki, Bayıl sürüşmə sahəsində ciddi aktivlik müşahidə olunmur.
 
Dəstə rəisi qeyd edib ki, sürüşmə sahəsindəki çatlarda, ərazidə quraşdırılmış mayaklarda hər hansı dəyişiklik baş verməyib: “Sürüşmə sahəsində hazırda aktivlik müşahidə olunmur. Yağışlar gecədən yağmağa başlayıb. Sürüşmənin aktivləşməsi üçün yağıntılar müəyyən qatlara çatmalıdır”.
 
Qeyd edək ki, bir müddət əvvəl Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 4 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb.

Müəllif: