Ucnoqta.az
www.ucnoqta.az

“Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq: <font color=red><b>MTRŞ</b></font>

11:20 - 12 Mart 2018 tarixində dərc olunub.

“Real” TV bu həftə ərzində fəaliyyətə başlayacaq.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə “Report”a Milli Televiziya və Radio Şurasından məlumat verilib.

“Real” TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500 olacaq. 

Xatırladaq ki, Şuranın martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

Müəllif: