Ucnoqta.az
www.ucnoqta.az

"Qəbələ" Gəncədə "Kəpəz"i məğlub edib - <font color=red><b>FOTO</b></font>

16:59 - 9 Mart 2018 tarixində dərc olunub.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

"Ucnoqta.az" “Report”a istinadən bildirir ki, turun açılış matçı Gəncədə “Kəpəz” və “Qəbələ” komandaları arasında olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 66-cı dəqiqədə Filip Ozobiç imza atıb.

Bu qələbədən sonra xalını 38-ə çatdıran “Qəbələ” ikinci sıradakı yerini qoruyub. “Kəpəz” isə 10 xalla sonuncu – 8-ci pillədədir.

Qeyd edək ki, bu gün XIX turun daha bir oyunu keçiriləcək. “Bakcell Arena”da “Neftçi” “Keşlə”ni qəbul edəcək. Martın 10-da isə “Səbail” – “Sumqayıt” və “Qarabağ” – “Zirə” görüşləri olacaq. 

Müəllif: