Ucnoqta.az
www.ucnoqta.az

“İsa Qəmbərin müalicəsi müsbət nəticə verib” <font color=red><b>Həkim</b></font>

15:19 - 7 Mart 2018 tarixində dərc olunub.

“İsa Qəmbərin vəziyyəti yaxşıdır”.
 
"Ucnoqta.az" xəbər verir ki, bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Ankaradakı Hacettepe Universiteti Xəstəxanasının Nevrologiya bölməsinin professoru Murat Arsava deyib.
 
Həkim bildirib  ki, İ. Qəmbərin daxili orqanlarının funksiyaları yerli-yerindədir və müalicələr müsbət nəticə verib: “O, yaxın günlərdə xəstəxanadan çıxa bilər”.
 
Qeyd edək ki, İ. Qəmbər fevral ayının sonunda müalicə üçün Türkiyəyə gedib.

Müəllif: