Ucnoqta.az
www.ucnoqta.az

İki günün “yol terroru” - <font color=red><b>7 qəza, 3 ölü, 8 yaralı </b></font>

10:09 - 5 Mart 2018 tarixində dərc olunub.

Daxili İşlər Nazirliyi martın 3-dən 5-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb.
 

"Ucnoqta.az" Nazirlikdən Modern.az-a verilən məlumata istinadən bildirir ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 177 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.
 

Əvvəlki dövrlərdən bağlı qalmış 24 cinayətin açılması təmin olunub.  
 

Axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
 

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb. 
 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
 

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
 
 

Müəllif: