Ucnoqta.az
www.ucnoqta.az

Xalq artisti vəfat etdi

19:15 - 4 Mart 2018 tarixində dərc olunub.

Azərbaycan Dövlət Televiziyası və Radiosunun diktoru, professor Qara Tağızadə 72 yaşında dünyasını dəyişib.

 

"Ucnoqta.az" “Axşam.az”a istinadən xəbər verir ki, mərhumla bu gün vida mərasimi keçirilib və 14:00 radələrində torpağa tapşırılıb.

 

Qeyd edək ki, Q.Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. O, 1998-ci ilə "xalq artisti" fəxri adına layiq görülüb. 2002-ci ildə Prezident təqaüdçüsü olub. Q.Tağızadə Aztv-də diktor, bədii rəhbər, baş redaktor vəzifələrində çalışıb

Müəllif: