Ucnoqta.az
www.ucnoqta.az

Puçdemon prezidentlikdən imtina etdi

17:50 - 2 Mart 2018 tarixində dərc olunub.

Kataloniyanın keçmiş lideri Karles Puçdemon prezidentliyə namizəd olmayacağını açıqlayıb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Puçdemonun bu qərarı Kataloniyada digər namizədlərin yolunu açıb. Kataloniyada bir neçə aydır ki, hökuməti qurmaq mümkün deyil.

Puçdemon sosial şəbəkədəki səhifəsində regional prezidentlikdən müvəqqəti olaraq imtina etdiyini açıqlayıb və bunun hökumətin qurulması üçün tək yol olduğunu bildirib.

Müəllif: