Ucnoqta.az
www.ucnoqta.az

Həsən Ruhaninin Azərbaycana səfərinin proqramı açıqlanıb

17:50 - 1 Mart 2018 tarixində dərc olunub.

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin Azərbaycana səfərinin tarixi və proqramı açıqlanıb.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, H.Ruhanin səfəri bu il martın 28-nə planlaşdırılıb.

Səfər zamanı İran prezidendi Bakıda bir sıra rəsmi görüşlər keçirəcək. Onun həmçinin Naxçıvana səfəri və Neftçalada Maşınqayırma Zavodunun açılışında iştirakı gözlənilir.

Bir sıra ikitərərfli sənədlərin imzalanması da nəzərdə tutulur.  

 

Müəllif: