Ucnoqta.az
www.ucnoqta.az

Prezident sərəncamı 240 min təhsil işçisinə şamil edilir

12:26 - 1 Mart 2018 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncam imzalayıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən "Ucnoqta.az"a  verilən məlumata görə, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.  Bu  artım orta hesabla 240 min təhsil  işçisinə şamil edilir.  


Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən,  diaqnostik qiymətləndirilmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.

Müəllif: