Ucnoqta.az
www.ucnoqta.az

Bakı Olimpiya Stadionunu bu ay ziyarət edənlərin sayı açıqlanıb

01:00 - 1 Mart 2018 tarixində dərc olunub.

Bakı Olimpiya Stadionunun (BOS) fevral ayı üçün statistikası açıqlanıb.

"Ucnoqta.az" İdman qurğusunun mətbuat xidmətindən “Report”a verilən məlumata istinadən bildirir ki, 28 gün ərzində 5 müxtəlif komanda BOS-da məşq edib. Ümumilikdə 57 məşq prosesi baş tutub.

Arenanın mini-meydanlarında 300 saatdan çox futbol oynanılıb. Ay ərzində 31 nəfər tur iştirakçısı olub.
Qeyd edək ki, 6 mart 2015-ci ildə istismara verilən BOS 68700 tamaşaçı tutumuna malikdir.

Müəllif: