Ucnoqta.az
www.ucnoqta.az

Sabirabadda traktor azyaşlını vuraraq öldürüb

11:28 - 28 Fevral 2018 tarixində dərc olunub.

Sabirabad rayonunda traktor 6 yaşlı uşağı vurub.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Sabirabad rayonunun Moranlı kənd sakini, 2012-ci il təvəllüdlü Əsədli Cəlil Telman oğlu traktorun altında qalaraq ölüb. 
 
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif: