UEFA İtaliyanın “Atalanta” klubu ilə bağlı araşdırmaya başlayıb.
 
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, buna Avropa Liqasının 1/16 final mərhələsində “Borussiya” ilə oyunda qonaqların hücumçusu Mişi Batşuayinin yerli azarkeşlər tərəfindən irqçi şüarlarla qarşılanması səbəb olub.
 
Bundan başqa, “Atalanta”lı fanatlar oyun ərzində meymun səsləri çıxarıblar.
 
Klubun cəzalandırılacağı gözlənilir.
 
    