Ucnoqta.az
www.ucnoqta.az

Britaniyada "Şərq əjdahası" məktəbləri bağladı

17:37 - 27 Fevral 2018 tarixində dərc olunub.

Böyük Britaniyada hökm sürən “Şərq divi” siklonu ilə əlaqədar yüzlərlə məktəb bağlanıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, kəskin hava şəraiti İngiltərənin böyük hissəsində, eləcə də Şotlandiyada qeydə alınıb.
 

Meteoroloqlar gün ərzində güclü qarın yağacağını proqnozlaşdırırlar.
 

Hazırda Londonda şaxtalı hava hökm sürür. Ötən gecə yolların buz bağlaması isə avtomobillərin hərəkətini çətinləşdirib.

Müəllif: