Ucnoqta.az
www.ucnoqta.az

Zidan Ronaldonu heyətə daxil etmədi

14:59 - 27 Fevral 2018 tarixində dərc olunub.

“Real”ın baş məşqçisi Zinəddin Zidan yenə Kristiano Ronaldoya istirahət vermək qərarına gəlib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, fransız mütəxəssis 33 yaşlı hücumçunun adını La Liqanın 26-cı turunda səfərdə “Espanyol”la keçiriləcək oyunun heyətinə daxil etməyib. Ronaldodan başqa Modriç, Kroos və Marselo da bu qarşılaşmanın heyətinə daxil edilməyib.

 
Qeyd edək ki, Zidan Ronaldoya "Leqanes"lə matçda da (3:1) istirahət vermişdi.

Müəllif: