Ucnoqta.az
www.ucnoqta.az

“Xocalıda ermənilər və ruslar soyqırım törədiblər” <font color=red><b>MHP lideri</b></font>

13:28 - 27 Fevral 2018 tarixində dərc olunub.

“Milliyətçi Hərəkat” partiyasının Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının iclası keçirilib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, iclasda çıxış edən partiya lideri Dövlət Baxçalı Xocalı faciəsindən danışıb.

“1992-ci ilin 25 fevralından 26-ına keçən gecə Rusiya ordusunun 366-cı alayı ilə erməni silahlı dəstələri Xocalı şəhərinə vəhşicəsinə hücum ediblər. Əgər BMT- nin soyqırım cinayətlərinin qarşısının alınmasına dair Konvensiyasının 2-ci maddəsi ədalətli şəkildə şərh edilərsə, Xocalıda azərbaycanlılara qarşı soyqırım törədildiyi mütləq təsdiqini tapar”, -deyə Baxçalı bildirib.

Müəllif: