Ucnoqta.az
www.ucnoqta.az

İran hədələdi: Nüvə razılaşmasını tərk edəcəm, əgər...

17:40 - 22 Fevral 2018 tarixində dərc olunub.

ABŞ-ın təzyiqi altında Qərb dövlətləri İranla əməkdaşlıqdan boyun qaçırarsa, Tehran nüvə proqramı ilə bağlı sazişdən çıxa bilər.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib.
 

Nazir müavini vurğulayıb ki, bu şərtlərdə sazişin icrası çox davam edə bilməz: "Bu cür nizamsız siyasət davam edərsə, əgər şirkətlər İranla işləməyəcəksə, biz bu sazişi icra edə bilməyəcəyik. Çünki bu, bizə sərf etməyəcək".

Müəllif: