Ucnoqta.az
www.ucnoqta.az

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub

16:27 - 22 Fevral 2018 tarixində dərc olunub.

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.
 
"Ucnoqta.az"-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova APA-ya bildirib ki, həmin vəzifəyə müvəqqəti olaraq Hüseyn Şahmalıyev təyinat alıb. H.Şahmalıyev xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.
 
O qeyd edib ki, Neftçilər Xəstəxanasının keçmiş baş həkimi İsmayıl Mirzəliyev səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

Müəllif: