Ucnoqta.az
www.ucnoqta.az

Sabah Bakının bu hissəsində su olmayacaq - <font color=red><b>XƏBƏRDARLIQ</b></font>

17:12 - 21 Fevral 2018 tarixində dərc olunub.

Sabah gün ərzində Xırdalan-Binəqədi şossesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.
 

Qurum bildirir ki, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətləri köçürülür.
 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Müəllif: