Ucnoqta.az
www.ucnoqta.az

"Zeytun budağı"nda zərərsizləşdirilən terrorçuların sayı artır - <font color=red><b>1780</b></font>

14:45 - 21 Fevral 2018 tarixində dərc olunub.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində bu günədək ümumilikdə 1780 terrorçu zərərsizləşdirilib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, təkcə son sutka ərzində İŞİD, PYD və YPG terror qruplaşmaslarının 65 üzvü məhv edilib.
 

Bundan başqa, əməliyyat müddətində ümumilikdə 80-dən çox yaşayış məntəqəsinin terrorçulardan azad edildiyi bildirilib.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Müəllif: