Ucnoqta.az
www.ucnoqta.az

Paytaxtın bəzi yollarında sürət həddi endirilib - <font color=red><b>Yağışa görə</b></font>

09:55 - 21 Fevral 2018 tarixində dərc olunub.

Yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb.
 

"Ucnoqta.az" Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata istinadən bildirir ki, eyni zamanda, elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. Məqsəd, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər.

Müəllif: